Green Beach Resort — oteli Bodrumun ən səfalı yerlərindən olan Gündoğan kəndində dənizin sahilində yerləşir. Coxlu  sayda şam, okalipt və palma ağacları ilə əhatə olunmuşdur. Hər cür şəraitlə təmin olunmuş oteldə açıq hovuz, qapalı hovuz, mini akva park, sauna, sahilli və platformalı çimərliklər, fərqli ölkə mətbəxlərini təmsil edən restoranlar vardır.
Bundan əlavə otel 24 saat xidmət göstərən ön büro, gözəllik salonu, suvenir mağazaları ilə tam bir kompleks şəklində faəliyyət göstərir.

Oteldə körpə uşaqlarınızın tam əylənə bilməsi üçün hər bir şərait yaradılmışdır. Bundan əlavə vaxtınızı daha səmərəli keçirə bilməniz üçün uşaqlarınızı tam arxayınlıqla etibar edə biləcəyiniz uşaq bağçası otelin xidmətlərinə aiddir.

Gündoğan kəndi Bodrumun mərkəzindən 25 km, Bodrum Hava Limanından isə 50 km məsafədə yerləşir. Gün ərzində oteldən şəhər mərkəzinə nəqliyyat sistemi mövcuddur.

 

Otel ən son 2017-ci ildə əsaslı təmir olunmuşdur.

+ Детали
Qiymətlər daxildir: Aviabilet Oteldə 7 gecə/ 8 gün qonaqlama Qidalanma - all inclusive Qrup Transfer Aeroport-Otel-Aeroport Səyahət sığortası
Qiymət 2 nəfərlik paketdə 1 nəfər üçün göstərilmişdir. Ödəniş günün kursuna əsasən Azərbaycan Manatı ilə qəbul edilir.